Antalyanın Akdeniz Universitetində Xocalı soyqırımından bəhs edilib
3 mart, 2026
Türkiyənin Antalya şəhərində yerləşən Akdeniz Universitetində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri və fotosərgi təşkil olunub.
Sərgidə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin törətdiyi soyqırımı əks etdirən fotolar nümayiş olunub, iştirakçılara Xocalı həqiqətləri barədə geniş məlumat verilib.
Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Azər İsmayılov və Türk Ocaqları Dərnəyinin Antalya şöbəsinin sədri Suat Akgül Xocalı soyqırımının tarixi və hüquqi mahiyyətindən bəhs ediblər.
Beynəlxalq münasibətlər üzrə mütəxəssis Aynur Gök Xocalı soyqırımını beynəlxalq müstəvidə dəyərləndirib, mövzu ilə bağlı ətraflı təhlilini iştirakçıların diqqətinə çatdırıb.
Çıxışlarda bu faciənin heç vaxt unudulmayacağı vurğulanıb və dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində fəaliyyətlərin davam etdiriləcəyi qeyd olunub.
Foto qalereya
Digər xəbərlər
