Almatıda Xocalı qurbanları anılıb
3 mart, 2026
Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstərən "Ata Yurd Nomad" Respublika İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Əvvəlcə soyqırımı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyinin Almatı şəhərindəki Nümayəndəliyinin rəhbəri Vüsal Əliyev çıxışında Xocalı hadisələrinin tarixi mahiyyəti və beynəlxalq müstəvidə tanıdılması istiqamətində görülən işlərdən bəhs edib.
Birliyin rəhbəri Süleyman Əhmədov isə Xocalı qurbanlarının xatirəsinin yaşadılmasının və bu faciənin gələcək nəsillərə çatdırılmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Foto qalereya
Digər xəbərlər
