Almaniyada dünya xalqlarının milli geyimlərinin nümayiş olunduğu müsabiqə keçirilib

20 iyun, 2024

Almaniyada dünya xalqlarının milli geyimlərinin nümayiş olunduğu müsabiqə keçirilib

Almaniyanın Münster əyalətinin Telgte şəhərində yerləşən Marienlinde orta məktəbində (“Sekundarschule an der Marienlinde”) dünya xalqlarının milli geyimlərinin nümayişi keçirilib. Tədbirin məqsədi milli geyimlərin nümayişi ilə şagirdlərə müxtəlif mədəniyyətlərin zənginliyi, dünya xalqlarının ənənələri və geyimləri barədə məlumat vermək olub.

“Avropa Azərbaycan Mərkəzi”nin nümayəndəsi Ayan Qasımova Azərbaycan milli geyimini nümayiş etdirərək ən çox bəyənilən iştirakçılardan olub. Milli geyimimizin rəngarəngliyi, naxışları, unikal dizaynı izləyicilərin diqqətini dərhal cəlb edib və böyük maraqla qarşılanıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər