Almaniya Azərbaycanlıları Alyansından Alman Birliyi Günü münasibətilə təbrik

7 oktyabr, 2025

Almaniya Azərbaycanlıları Alyansından Alman Birliyi Günü münasibətilə təbrik

Almaniya Azərbaycanlıları Alyansı 3 oktyabr – Alman Birliyi Günü münasibətilə Almaniya Federal Kansler Aparatına, Şimali Reyn Vestfaliya əyalətinin Dövlət Kanslerliyinə, Almaniya Prezidentinin Administrasiyasına və alman xalqına təbrik məktubu ünvanlayıb.

Məktublarda Almaniya Federativ Respublikasının azadlıq, qanunun aliliyi və sosial ədalət prinsipləri əsasında qurulduğu və bu dəyərlərə əsaslanan güclü demokratik dövlət modeli ilə dünya miqyasında nümunəvi mövqeyə malik olduğu qeyd edilib. Almaniyanın vətəndaş rifahını, insan hüquqlarını və ictimai sabitliyi təmin edən siyasi və hüquqi sistemi yüksək qiymətləndirilib.

Məktublarda, həmçinin Almaniyada yaşayan Azərbaycan icmasının Almaniya cəmiyyətinə uğurla inteqrasiyası, ölkənin elmi, mədəni, iqtisadi və ictimai həyatında fəal şəkildə iştirak etdiyi diqqətə çatdırılıb.

Sonda alman xalqına sülh, rifah və davamlı uğurlar arzulanıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər