ABŞ-nin Meyn ştatında Azərbaycan icmasının bayram görüşü
9 yanvar, 2026
ABŞ-nin Meyn ştatında fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil edib. Tədbirdə Meyn və Massaçusets ştatlarında yaşayan azərbaycan icmasının üzvləri ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri də iştirak ediblər.
Tədbirin bədii hissəsində azərbaycanlı xoreoqraf Səbinə Nəcəfzadənin ifasında milli rəqslər, həmçinin DJ Rafonun səhnə çıxışı təqdim olunub. Bu çıxışlar iştirakçıların böyük maraq və alqışları ilə qarşılanıb.
İştirakçılar belə görüşlərin xaricdə yaşayan azərbaycanlıların birliyinin möhkəmləndirilməsində, milli dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılmasında və təbliğində, yerli icmalarla mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıblar. 2026-cı ilin dünyaya sülh, anlaşma və harmoniya gətirməsi arzusunu ifadə ediblər.
Sonda Şaxta baba uşaqlara hədiyyələr paylayıb.
Foto qalereya
Digər xəbərlər
