ABŞ mətbuatında soydaşımızın müsahibəsi dərc olunub

28 noyabr, 2025

ABŞ mətbuatında soydaşımızın müsahibəsi dərc olunub

ABŞ-nin Yuta ştatının ABC4 xəbər portalında Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gərayın müsahibəsi dərc edilib. Soydaşımız Azərbaycanda ABŞ-nin “The Church of Jesus Christ of Latter-day Saints” (“İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi”) kilsəsinin Bakı ofisinin açılışı ilə bağlı fikirlərini bölüşüb.

Əsmər Gəray bu hadisənin Yutadakı Azərbaycan icmasının sevincinə səbəb olduğunu bildirib. Onun sözlərinə görə, ibadət evinin Azərbaycanda açılması xalqımızın dini mədəni müxtəlifliyə hörmətinin və ölkənin multikultural dəyərlərə sadiqliyinin növbəti göstəricisidir.

Soydaşımız müsahibəsində gələcək fəaliyyəti haqqında da məlumat verib. Briqam Yanq Universitetinin (Brigham Young University) keçmiş professoru olan Əsmər Gəray bu ali təhsil müəssisəsində Azərbaycan dili dərsləri keçdiyini xatırladıb və 2026-cı ildə proqramın yenidən bərpasını planlaşdırdığını söyləyib.  

Qeyd edək ki, soydaşımız hazırda Yuta ştatı ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi istiqamətində yeni təşəbbüslər üzərində çalışır. Əsas məqsədi isə Solt Leyk Siti ilə ölkəmizin işğaldan azad olunan şəhər və rayonları arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılmasıdır. Bunun mədəniyyətlərin tanıdılması və uzunmüddətli əməkdaşlıq üçün geniş imkanlar açacağı gözlənilir.

Məqaləni ətraflı aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.abc4.com/news/religion/utah-azerbaijani-community-speaks-about-first-lds-meetinghouse-in-azerbaijan/

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər