ABŞ mətbuatında soydaşımız haqqında məqalə dərc olunub
14 fevral, 2025
ABŞ-nin Meyn ştatının amjamboafrica.com xəbər saytında Meyn Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədov haqqında məqalə yayımlanıb. Məqalədə cəmiyyətin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil etdiyi tədbirdən bəhs olunub. Eyni zamanda tədbir iştirakçılarının cəmiyyətin rəhbəri haqqında fikirlərinə, Tərlan Əhmədovun rəhbərlik etdiyi təşkilatın fəaliyyət ilə bağlı müsahibəsinə yer verilib.
Nyu-Yorkda yaşayan tanınmış azərbaycanlı amerikalı müğənni Veronika Yakubova tədbirlə bağlı öz fikirlərini bölüşüb: “Belə tədbirlərin keçirilməsi icmalar arasında əlaqələrin qurulması baxımından olduqca əhəmiyyətlidir”,- deyə o qeyd edib.
Məqalədə Nümayəndələr Palatasının üzvü Deqa Dalakın ötən il Tərlan Əhmədovun müşayiəti ilə ölkəmizə səfərlə bağlı xoş təəssüratları yer alıb. O, Azərbaycanı öz iqtisadiyyatını gücləndirmək məqsədilə xarici sərmayə cəlb edən bir ölkə olduğunu vurğulayıb.
Məqalədə Tərlan Əhmədovun uzun illər Qaçqınlar və İmmiqrasiya İdarəsində çalışdığı dövrdə müxtəlif dövlətlərdən olan immiqrantlara dəstək göstərməsi, icmalarla sıx əlaqələr qurması da işıqlandırılıb.
Məqaləni aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.amjamboafrica.com/azerbaijan-society-of-maine-rings-in-the-new-year/
Foto qalereya
Digər xəbərlər