Naxçıvan şəhərində anadan olmuşdur.
Naxçıvan Pedaqoji Məktəbində təhsil almışdır.
Azərbaycan Sənaye İnstitutunun (indiki Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır.
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Daxili İşlər Komissarlığında məxfi şöbənin müdiri işləmişdir.
Naxçıvanda Dövlət təhlükəsizliyi orqanlarında müxtəlif vəzifələrdə - əməliyyat müvəkkili baş əməliyyat müvəkkili, şöbə müdiri vəzifələrində çalışmışdır.
Naxçıvanda Dövlət təhlükəsizliyi orqanlarında müxtəlif vəzifələrdə - əməliyyat müvəkkili baş əməliyyat müvəkkili, şöbə müdiri vəzifələrində çalışmışdır.
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Leninqraddakı (Sankt-Peterburq) rəhbər kadrların hazırlığı məktəbində təhsil almışdır.
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsində təhsil almışdır.
Dövlət Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi təyin edilmişdir.
Zərifə Əliyeva ilə ailə həyatı qurmuşdur.
Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışmışdır.
Culfa rayonundan 7-ci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilmişdir.
Bakı şəhəri Leninneft seçki dairəsindən 9-ci çağırış SSRİ Ali Sovetinə deputat seçilmişdir.
Böyük Vətən müharibəsində qələbənin 30 illiyi” yubiley medalı ilə təltif olunmuşdur.
Bakı şəhəri Leninneft seçki dairəsindən 9-ci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir.
Lenin ordeni ilə təltif olunmuşdur.
Bakı şəhəri Leninneft seçki dairəsindən 10-ci çağırış SSRİ Ali Sovetinə deputat seçilmişdir.
“Oktyabr İnqilabi” ordeni ilə təltif olunmuşdur.
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilmişdir.
SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilmişdir.
İkinci dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adı ilə təltif edilmişdir.
“1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi” yubiley medalı ilə təltif olunmuşdur.
“I dərəcə Vətən müharibəsi” ordeni ilə təltif olunmuşdur.
SSRİ Nazirlər Sovetinin Sosial İnkişaf Bürosunun sədri təyin olunmuşdur.
Sov. İKP MK-nın plenumu səhhəti ilə əlaqadar Sov. İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən azad etmişdir. SSRİ Nazirlər Sovetinin yanında dövlət müşaviri təyin edilmişdir.
SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən azad edilmişdir.
“SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı ilə təltif olunmuşdur.
Təqaüd yaşının çatması səbəbilə Sov. İKP MK üzvlüyündən azad edilmişdir.
Azərbaycanın Moskvadakı daimi nümayəndəsi S. İbrahimov "Barvixa" sanatoriyasında müalicə olunan Heydər Əliyevə zəng edərək Yanvar faciəsi barədə məlumat vermişdir.
Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar ilə əlaqədar bəyanat vermişdir.
"Pravda" qəzetində "Əliyevçilik, yaxud xoş əyyamların xiffəti" məqaləsi dərc olunmuş, ona qarşı siyasi təqib başlanmışdır.
Moskvadan Bakıya qayıtmışdır.
Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Muxtar Respublikası Ali Sovetinə Naxçıvandan deputat seçilmişdir.
Heydər Əliyevin sədrliyi ilə 12-ci çağırış Naxçıvan MSSR Ali Sovetinin 1-ci sessiyası öz işinə başlamışdır. Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası Heydər Əliyevin sədrliyi ilə "Naxçıvan MSSRin adının dəyişdirilməsi haqqında", "Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında", "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında" qərarlar qəbul etmişdir.
Naxçıvan MR Ali Məclisi Heydər Əliyevin işləyib hazırladığı "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar qəbul etmişdir.
Azərbaycan SSR Ali Sovetinin on ikinci çağırış birinci sessiyasında çıxış etmişdir. Sessiyada ona qarşı hücumlar təşkil edilmişdir.
Kommunist Partiyasının sıralarını tərk etmişdir.
Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında "Azərbaycanın müstəqillik Bəyannaməsi" ilə bağlı çıxış etmişdir
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmişdir.
Azərbaycan ziyalılarının bir qrupu (91-lər) Heydər Əliyevə müraciət edərək ondan yaradılmaqda olan partiyaya rəhbərlik etməyə razılıq verməsini xahiş etmişlər.
Yeni Azərbaycan Partiyasının təsis edilməsi üçün yaradılan təşkilat komitəsinin sədri seçilmişdir.
Naxçıvanda təsis yığıncağı keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) sədri seçilmişdir.
Bakıda Prezident sarayında Prezident Əbülfəz Elçibəylə görüşmüşdür.
Azərbaycan Xalq Cümhuriyyətinin 75 illiyi münasibətilə Naxçıvanda keçirilmiş təntənəli yığıncaqda çıxış etmişdir.
Ölkə rəhbərliyinin dəvəti ilə Bakıya gələrək, yaranmış ictimai-siyasi və hökumət böhranını aradan qaldırmaq üçün fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir.
Prezident Əbülfəz Elçibəyin gecəyarısı Bakını tərk edib Kələki kəndinə getməsi ilə əlaqədar yaranmış vəziyyətlə əlaqədar televiziya ilə xalqa müraciət etmişdir.
Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icrasına başlamışdır.
Ermənistanın təcavüzü ilə əlaqədar bəyanat vermişdir.
Mərkəzi Seçki Komissiyası “Azərbaycan Respublikası Prezidenti seçkiləri haqqında” Azərbaycan respublikası qanununun 15-ci maddəsini rəhbər tutaraq Heydər Əlirza oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçildiyini qərara almışdır.
"Respublika sarayı"nda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin andiçmə mərasimi keçirilmişdir.
Hərbi quruculuq məsələlərinə həsr olunmuş müşavirə keçirmişdir. Cəbhə bölgələrinə səfər etmişdir.
1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olundu. Heydər Əliyev Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdıra bildi.
Azərbaycanın daxilində yaranmış sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsi imzalandı.
Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır.
Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır.
Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.
Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir.
Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.
Azərbaycan ziyalısının son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir.
Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının ümummilli liderinə çevrilmişdir.
Azərbaycan xalqına müraciət edərək prezident seçkilərində namizədliyini özünün siyasi varisi, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Baş nazir İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan etmişdir.
Heydər Əlirza oğlu Əliyev Bakı vaxtı ilə saat 19.00-da Klivlend klinikasında uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.
Respublika Sarayında Heydər Əliyevlə ümumxalq vidalaşma mərasimi keçirilmişdir. Heydər Əlirza oğlu Əliyev saat 16.00-da Fəxri Xiyabanda dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə ümummilli lider Heydər Əliyevin xatirəsi əbədiləşdirilmişdir.