.

“Vətən uzaqda deyil” proqramında Qardabanidəki pulsuz kurslardan bəhs edilib

12.08.2022

Məlum olduğu kimi, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Gürcüstanda fəaliyyət göstərən Qardabani Gənclər Mərkəzinin nəzdində azərbaycanlı gənclərə pulsuz kurslar təşkil edilib.

Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramının bir buraxılışı bu kursların fəaliyyətinə həsr olunub. Bildirilib ki, bir neçə ildir gerçəkləşdirilən kurslara hər il 300 nəfər gənc müraciət etsə də, yer məhdudiyyəti səbəbindən  yalnız 150 nəfərə gürcü, ingilis dili, riyaziyyat və məntiq fənləri üzrə təhsil almaq nəsib olur.

Proqramda mərkəzin icraçı direktoru Hacı Hacıyevin, müəllimlərdən İsa Xəmmədovun, Zabit Hüseynovun və müdavimlərin fikirlərinə yer verilib, tədris prosesindən və sertifikatların təqdimolunma mərasimindən görüntülər əks olunub.    

Proqramı aşağıdakı linkdən izləmək mümkündür:

https://www.youtube.com/watch?v=pLr83N0XjGM