.

Reza Deqati “Dostluq” ordeni ilə təltif edilib

25.07.2022

Azərbaycan Prezidenti İlham Əliyev tanınmış fotoqraf Reza Deqatini təltif edib.

Dövlət başçısının sərəncamı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çoxillik səmərəli fəaliyyətinə görə Reza Deqati “Dostluq” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah Reza Deqatinin 70 yaşı tamam olacaq. Azərbaycan diasporunun fəal üzvlərindən olan tanınmış fotoqraf bu ilin aprelində Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçılarından biri olub.