.

Ramiz Məmmədov: “Diaspor təşkilatlarının inkişafına yönələn uğurlu layihələr və tədbirlər gerçəkləşdirilir”

08.07.2022

Rusiya Federasiyası Tatarıstan Respublikasının Leninoqorsk rayonunda fəaliyyət göstərən Azərbaycan icması Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

Leninoqorsk şəhər və rayonu üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyəti “Birlik” ictimai təşkilatının sədri Ramiz Məmmədovun adından Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda qurumun fəaliyyəti yüksək qiymətləndirilib:

“Artıq neçə ildir Sizin dəstəyiniz və Komitə əməkdaşlarının peşəkarlığı sayəsində xaricdəki diaspor təşkilatlarının inkişafına yönələn uğurlu layihələr və tədbirlər gerçəkləşdirilir. Rusiya Federasiyası Tatarıstan Respublikasının Leninoqorsk rayonunda yaşayan azərbaycanlılar rəhbərlik etdiyiniz Komitənin fəaliyyətinə və xaricdəki soydaşlarımıza göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirirlər. Bundan sonra da səmərəli və uğurlu birgə əməkdaşlıq edəcəyimizə ümid edirik.

Hörmətli Fuad müəllim! Sizi və Komitənin kollektivini yubiley münasibətilə təbrik edir, nəcib missiyanızda uğurlar, rifah və yeni-yeni layihələr həyata keçirməyinizi arzulayırıq”.