.

Maltadakı soydaşlarımız Dövlət Komitəsini təbrik edblər

08.07.2022

Maltada yaşayan Azərbaycan icması Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

İcmanın fəal üzvü Leyla Cavadovanın Diasporla İş üzrə Dövlət Komitəsinə ünvanladığı təbrikdə bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan qurumun səmərəli fəaliyyəti Maltada yaşayan soydaşlarımızda fəxarət hissi doğurur:

“Maltadakı soydaşlarımız adından yaradılmasının 20 illik yubileyi münasibətilə hörmətli sədr Fuad Muradov başda olmaqla Komitənin bütün əməkdaşlarını və dünya azərbaycanlılarını təbrik edir, müstəqil Azərbaycan dövlətinin və xalqımızın maraqları naminə fəaliyyətlərində davamlı uğurlar əldə etməyi arzulayırıq”.