.

Samara vilayəti Dumasının rəhbərliyi Dövlət Komitəsini təbrik edib

07.07.2022

Rusiya Federasiyası Samara vilayəti Dumasının rəhbərliyi Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

Samara vilayəti Dumasının sədri, Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Kotelnikovun adından Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda bildirilib ki, 20 il öncə Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisəyə çevrilmiş qurum yaranmasına görə ümummilli lider Heydər Əliyevə borcludur: “Komitənin və Sizin fəaliyyətiniz sayəsində Azərbaycan diasporu daha güclü, mütəşəkkil və həmrəy qüvvə olub. Soydaşlarınızın tarixi vətənləri ilə əlaqələrinin gücləndirilməsi və inkişafı, onların mədəni və siyasi hüquqlarının müdafiəsi, milli kimliklərinin qorunub saxlanılması və millətlərarası münasibətlərin möhkəmləndirilməsi istiqamətində müstəsna töhfələr bəxş edirsiniz. Çoxşaxəli fəaliyyətiniz xüsusi hörmətə, ehtirama və minnətdarlığa layiqdir.
Çox hörmətli Fuad Rauf oğlu! Sizi və Komitənin bütün əməkdaşlarını əlamətdar yubiley münasibətilə təbrik edir, səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, nailiyyətlər diləyir və ən xoş arzularımı bildirirəm”.