Polşadakı gənclərimiz “Qarabağ” futbol klubuna azarkeş dəstəyi göstəriblər

07.07.2022

Polşanın Poznan şəhərində yerli “Lex” komandası ilə qarşılaşan Ağdamın “Qarabağ” futbol klubuna Azərbaycan diasporunun üzvləri fəal şəkildə azarkeşlik ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Polşa Azərbaycanlıları Şurasının və Varşavadakı Azərbaycan Evinin rəhbəri Fərid Cəfərovun təşkilatçılığı ilə gənc soydaşlarımız UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçirilən oyunu stadionda izləyiblər.

Üçrəngli bayraqlarımızı dalğalandıran, “Azərbaycan”, “Qarabağ” və digər şüarlar səsləndirən gənclərimiz futbolçılarımıza mənəvi dayaq olmağa çalışıblar.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq.