Beynəlxalq Hüquqşünaslar İttifaqının Krasnoyarsk diyarındakı nümayəndəliyi Dövlət Komitəsini təbrik edib

07.07.2022

Rusiya Federasiyasında fəaliyyət göstərən Beynəlxalq Hüquqşünaslar İttifaqının (BHİ) Krasnoyarsk diyarındakı nümayəndəliyi Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

BHİ-nin Koordinasiya Şurasının üzvü, Krasnoyarsk diyarındakı nümayəndəliyinin rəhbəri Ceyhun Cəfərovun adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda Azərbaycan qövlət qurumunun fəaliyyəti yüksək qiymətləndirilib: “Yaradıldığı gündən və Sizin birbaşa rəhbərliyiniz dövründə Komitə diasporun dəstəklənməsi istiqamətində fəal işləyir, xaricdəki azərbaycanlılarla əlaqələri genişləndirir və millətlərarası dialoqa müstəsna töhfələr verir. Şübhəsiz ki, müasir Azərbaycanın bütün uğurları müstəqil Azərbaycan dövlətinin dahi memarı, zəmanəmizin ən görkəmli siyasi xadimlərindən biri, xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı, eləcə də Prezident, Ali Baş Komandan İlham Əliyevin vətənimizin mütərəqqi inkişafında misilsiz xidmətləri ilə başlayıb”.

Soydaşımız Komitə sədrini ali dövlət mükafatına layiq görülməsi münasibətilə də təbrik edib: “Hörmətli Fuad müəllim! Cənab Prezident İlham Əliyev tərəfindən yüksək mükafatla – diaspor sahəsində dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmağınız münasibətilə səmimi təbriklərimi qəbul edin”.