.

Turan Əliyev: “Xaricdə yaşayan azərbaycanlılar diasporumuz ətrafında daha da sıx birləşməlidir”

07.07.2022

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik etməkdədir.

İsveçin Partille şəhər bələdiyyəsinin məclis, Höteborq bölgəsi üzrə İnzibati və Miqrasiya məhkəməsinin münsiflər heyətinin, Qərbi Yöteland bölgəsinin səhiyyə komitəsinin üzvü Turan Əliyevin məktubunda bildirilib ki, böyük məmnuniyyətlə Komitənin hər bir əməkdaşını və dünya azərbaycanlılarını əlamətdar hadisə münasibətilə təbrik edir.

“Xaricdə yaşayan azərbaycanlılar diasporumuz ətrafında daha da sıx birləşərək, tarixi Vətənimiz üçün çox faydalı, səmərəli işlər görməli, yorulmaz fəaliyyət göstərməlidir. Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətlərinə çatdiran, dövlətimizin adını ləyaqətlə təmsil edən, Vətənimiz üçün gecə-gündüz calışan bütün diaspor təşkilatlarına, fəallarına, soydaşlarımıza və Komitə əməkdaşlarına gələcək işlərində davamlı uğurlar arzulayıram” – deyə o qeyd edib.