...

“Vətən” Cəmiyyəti Dövlət Komitəsini təbrik edib

04.07.2022

Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyəti yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.

“Vətən” cəmiyyətinin sədri Səfər Sadiqi bildirib ki, Danimarkadakı soydaşlarımız bu əlamətdar hadisə ilə əlaqədar Komitəyə ünvanlanan təbriklərə qoşulur.

“Dünyada fəaliyyət göstərən bütün icma üzvlərini, ürəyi Azərbaycanla döyünən hər bir vətəndaşımızı, həmcinin hörmətli sədr Fuad Muradov başda olmaqla Diasporla İş üzrə Dövlət  Komitəsinin hər bir əməkdaşını yubiley münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hər birinizə cansağlıgı və gələcək işlərinizdə ugurlar arzu edirəm” – deyə o qeyd edib.