...

“Barselona Azərbaycan Evi”nin üzvləri İspaniyadakı futbol turnirində iştirak edib

29.06.2022

İspaniyanın Madrid şəhərindəki səfirliklər arasında “Diplomatic Soccer-2022” futbol kubokunun qrup oyunları keçirilib.

İspaniya Xarici İşlər Nazirliyi, Mədəniyyət və İdman Nazirliyi, Dünya Turizm Təşkilatının birgə təşkilatçılığı ilə İspaniya Futbol Federasiyasının meydanlarında baş tutan turnirdə 33 ölkənin, o cümlədən Azərbaycanın komandası iştirak edib. Azərbaycan komandasının tərkibində ölkəmizin İspaniyadakı səfirliyinin əməkdaşları və “Barselona Azərbaycan Evi” diaspor təşkilatının üzvləri təmsil olunublar.

Azərbaycan komandası İngiltərə, Kuba və Salvadorun daxil olduğu “C” qrupunda mübarizə aparıb və qrup birincisi olaraq “play off” oyunlarında iştirak hüququ qazanıb. Soydaşlarımız “play off” mərhələsində Braziliya komandası ilə qarşılaşıb. Rəqib komanda bu mərhələdə üstünlük qazanıb.