...

Amerikalı ekspert Dövlət Komitəsinin qlobal əməkdaşlığa təkan vermək səylərini yüksək qiymətləndirib

22.06.2022

Plattsburqdakı Nyu-York Kolleci Dövlət Universitetinin vitse-prezidenti Rehnuma Lizzi Vahab yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubda vitse-prezident bildirib ki, Azərbaycana bu yaxındakı səfərləri və ölkəmizin regiondakı strateji mövqeyinə daha yaxından bələd olmaları Dövlət Komitəsi ilə uzunmüddətli əməkdaşlıq üçün yollar açacağına ümid edir.

Amerikalı ekspert multikultural diasporun və ümumi maraqları olan məzhəblər üzrə müxtəlif icmaların nümayəndələri ilə Dövlət Komitəsinin yüksək səviyyəli əməkdaşlığa təkan vermək səylərini yüksək qiymətləndirib.

“Azərbaycanın parlaq və firavan gələcəyinə düşünülmüş şəkildə və diplomatik müttəfiqləri ilə birlikdə töhfə verən Komitəni səmimi qəlbdən təbrik edirəm. Şübhə etmirəm ki, belə Komitə qlobal əlaqələrə və yerli zənginləşmə perspektivlərinə doğru irəliləmək istiqamətində uğur qazanmağa davam edəcək”, - deyə vitse-prezident vurğulayıb.