...

Azərbaycan icması Nyu-Yorkda keçirilən Türk Günü Yürüşünə qatılıb

22.05.2022

Nyu-York şəhərində keçirilən Türk Günü Yürüşündə ABŞ-da fəaliyyət göstərən Amerika Azərbaycanlıları Koordinasiya Şurası (AAKŞ) da təmsil olunub.

AAKŞ üzvləri olan Azərbaycan-Amerika Qadın Cəmiyyəti, Nyu-York-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin bayraqları və cəmiyyətlərin bannerləri ilə bəzədilmiş xüsusi avtomobil Nyu-York şəhərinin Madison küçəsindən başlayan möhtəşəm karvanla birlikdə hərəkət edib. Azərbaycan musiqisinin sədaları altında irəliləyən avtomobil və soydaşlarımız meqapolisin küçələrindən və tribuna önündən keçiblər.

Qeyd edək ki, Türk Günü Yürüşü ilk dəfə 1981-ci ildə ABŞ-da erməni terror təşkilatı ASALA tərəfindən türk diplomatlarının şəhid edilməsinə cavab olaraq təşkil edilib. Sonrakı illərdə ənənə halını alan Türk Günü Yürüşünün builki mövzusu "Aypara və Ulduzlu Yüzilliyə" olub.