...

Gürcüstandakı gənclərimiz iki ölkənin Müstəqillik Gününü təbrik ediblər

01.06.2022

Gürcüstanın paytaxtı Tbilisidə və Marneuli rayonunda Azərbaycan və Gürcüstanın Müstəqillik Günlərinə həsr olunmuş tədbirlər keçirilib.

Qasımlı Gənclər Mərkəzinin təşkilatçılığı ilə tədbirlər Tbilisidəki Botanika bağında və Marneuli parkında gerçəkləşdirilib. Azərbaycan və Gürcüstanın Dövlət himnlərini səsləndirən mərkəz üzvləri xalqlarımızı bayram münasibətilə təbrik ediblər.

Sonra mərkəzin milli geyimli rəqs qrupu və üzvləri iki dildə şeirlər səsləndirib, mahnı və rəqslər nümayiş etdiriblər.