...

Monrealdakı diasporumuz 28 May – Müstəqillik Günü münasibətilə bir araya gəlib

30.05.2022

Kanadanın Monreal şəhərindəki Angrinion parkında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Kvebek Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə soydaşlarımız, türk icmasının təmsilçiləri və yerli sakinlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Kvebek Azərbaycanlıları Assosiasiyasının sədri Məsud Əliyev bildirib ki, 1918-ci ilin 28 may tarixində müsəlman aləmində ilk dəfə məhz Azərbaycanda dünyəvi, demokratik respublikanın qurulması hər bir həmvətənimiz üçün qurur mənbəyidir. Mürəkkəb dövrdə iki ilə yaxın fəaliyyət göstərən AXC-nin dövlət rəmzlərinə və təsissatlarına malik müstəqil dövlət qurması misilsiz fədakarlıq nümunəsi kimi dəyərləndirilib. Qeyd edilib ki, müasir Azərbaycan dövləti və xalqımız AXC-nin mirasına ləyaqətlə sahib çıxıb və Cümhuriyyət qurucularının xatirəsini əbədiləşdirib.