...

Dünya azərbaycanlıları Prezident İlham Əliyevə yazırlar

10.05.2022

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu fəallarından görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə çoxlu sayda məktublar daxil olmaqdadır.

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmanın və başqalarının Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları məktublarda müasir dövrümüzün görkəmli şəxsiyyəti, zəmanəmizin ən böyük siyasətçilərindən olan Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasındakı əvəzsiz və misilsiz xidmətləri bir daha yada salınır, onun əziz xatirəsinə sayğı bildirilir.

“Dünya azərbaycanlılarının xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü qeyd etdiyi günlərdə biz aydın şəkildə anlayırıq ki, böyük siyasətçi, Azərbaycan xalqının atası, Azərbaycan dövlətçiliyinin qurucusu və memarı, dahi Heydər Əliyevin qoyub getdiyi siyasi irs olmadan bizim Qələbəmiz və Azərbaycanın ərazi bütövlüyü mümkün olmazdı. Məhz Heydər Əliyevin bünövrəsini qoyduğu düzgün strateji kurs sayəsində indi hər bir azərbaycanlı öz sevimli Vətəninin istənilən torpağına səfər edə bilir”, - deyə vurğulanıb.