...

Azərbaycan Torontoda keçirilən uşaq bayramı festivalında təmsil olunub

24.04.2022

Torontonun Natan Filips meydanında təşkil edilən 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı festivalında şəhər Təhsil Mərkəzinin Xarici Dillər bölməsinin Azərbaycan dili sinfinin şagirdləri də iştirak ediblər.

Kanada Türk Cəmiyyətinin keçirdiyi tədbirə azərbaycanlı şagirdlər sinfin baş müəllimi və rəhbəri Yeganə Cəfərovanın, köməkçi müəllimlər Gülnar Nəsirova və Aysel Dadaşovanın təşkilatçılığı ilə qatılıblar.

Azərbaycan guşəsində ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, milli adət-ənənələrini əks etdirən kitablar, geyimlər və suvenirlər nümayiş etdirilib. Azərbaycan dili üzrə köməkçi müəllimlər yerli sakinlərə ölkəmiz haqqında ətraflı məlumat veriblər. Milli geyimli şagirdlərin ifasında təqdim edilən Azərbaycan rəqsləri qonaqların alqışları ilə qarşılanıb.

Kanada Türk Cəmiyyəti fəal iştiraklarına görə Azərbaycan dili sinfinin müəllimlərini və şagirdlərini təşəkkürnamələrlə mükafatlandırıb.