...

Novruz bayramı Kaunasdakı gəncləri bir araya gətirib

04.04.2022

Litvanın Kaunas şəhərində yaşayan müxtəlif millətlərin gənclərinin Novruz bayramına həsr olunmuş şənliyi keçirilib.

Baltikyanı Azərbaycanlıların Koordinasiya Şurasının Litva üzrə əlaqələndiricisi Nərmin Əliyevanın təşkilatçılığı ilə baş tutan tədbirdə Novruzu qeyd edən Azərbaycan, Qazaxıstan, Pakistan və İran icmalarının təmsilçiləri ilə yanaşı, litovlar da iştirak ediblər.

Gənclər baharın gəlişi, torpağın oyanması münasibətilə bir-birini təbrik ediblər, sülh, barış, qonaqpərvərlik, bərəkət, nikbinlik mahiyyətli Novruz bayramına xas ənənələri, milli rəqsləri nümayiş etdiriblər, bayram tonqalı qalayaraq üzərindən atlanıblar.