...

Minskdə “Azərbaycanla tanışlıq” adlı tədbir təşkil edilib

29.03.2022

Belarusun paytaxtı Minskdəki Respublika milli mədəniyyətlər mərkəzində “Azərbaycana dalmaq” mövzusunda tədbir keçirilib.

Belarusda yaşayan müsəlman qadınlar icmasının təşəbbüsü və “Azərbaycan İcmaları Konqresi”nin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli və Azərbaycan ekspertləri iştirak ediblər.

Tədbirdə “Azərbaycan İcmaları Konqresi”nin gənclər şöbəsinin sədri Olesya Kosoykina, Belarus müsəlman qadınları icmasının rəhbəri Yelena İvaşenko, Azərbaycan dili və mədəniyyəti mərkəzinin rəhbəri Şəfiqə Məmmədova və başqaları çıxış ediblər. Natiqlər və ekspertlər Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, xalqımızın İslama və dinə baxışları haqqında fikirlərini bölüşüblər, Belarusda ənənəvi müsəlman ailələrində yaşayan qızların təhsil və iş karyeralarında uğurlar qazanmaqla, müasir baxışları ilə stereotipləri dağıtdıqlarını vurğulayıblar.

Tədbir sualların cavablandırılması və Azərbaycan rəqslərinə dair ustad dərsi ilə yekunlaşıb.