...

Florida ştatındakı gənclərimiz Novruz bayramını qeyd ediblər

23.03.2022

ABŞ-ın Florida ştatının Tallahassi şəhərində təhsil alan azərbaycanlı gənclər Novruz bayramı münasibətilə bir araya gəliblər.

Azərbaycan-Amerika Gənclər Təşkilatının həmsədrləri Aydın və Nabat Eminovların təşkilatçılığı ilə baş tutan bayram şənliyində Florida Dövlət Universitetinin tələbələri iştirak ediblər. Tədbirdə çıxış edənlər xalqımıza məxsus adət-ənənələrin xaricdə yaşayan soydaşlarımız üçün xüsusi əhəmiyyətə malik olduğunu, Novruz ənənələrinin nəsildən-nəslə ötürülməsinin önəmini vurğulayıblar.

Tədbir Azərbaycan musiqilərinin səsləndirilməsi ilə davam edib.