...

Hannoverdə Novruz bayramı qeyd edilib

22.03.2022

Almaniyanın Hannover şəhərində yaşayan Azərbaycan icması Novruz bayramına həsr olunmuş tədbir keçirib.

Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə çıxış edənlər soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik ediblər. Qonaqlara qədim tarixə malik, geniş çoğrafi məkanda təntənə ilə qeyd edilən, sülh, nikbinlik və barış rəmzinə çevrilən Novruz bayramı barədə ətraflı məlumat verilib.

Novruz bayramının qəhrəmanları Bahar qızı və Kosanın da qatıldığı şənlikdə Azərbaycan tarixinə dair viktorina keçirilib, uşaqlara bayram hədiyyəsi verilib.

Tədbir çərçivəsində təşkil edilən bahar süfrəsində səmənilər, şəkərbura, paxlava, qoğal və başqa nemətlərlə bəzədilmiş xonçalar nümayiş etdirilib.