...

İsveç mətbuatında Novruz bayramından bəhs edilib

18.03.2022

İsveçin “Cawamedia” xəbər saytında Azərbaycanda Novruz bayramının təntənə ilə qeyd olunmasından bəhs edən “Novruz” sərlövhəli məqalə yerləşdirilib.

Məqalədə min illik tarixi olan bu bayramın müasir Azərbaycanın ictimai həyatında tutduğu vacib yer barədə ətraflı məlumat verilib. Novruzun Azərbaycanda və bir sıra digər ölkələrdə yazın gəlişinin rəmzi kimi qəbul olunduğu, miqyası və unikal elementləri ilə fərqlənən bayrama hazırlığın bir ay öncədən başladığı, hər çərşənbə axşamı insanların dörd – Su, Od, Yel və Torpaq ünsürdən birini qeyd etdikləri nəzərə çatdırılıb.

“İnsanlar bir araya gələrək ağac əkir, təzə paltar tikir, yumurta boyayır və milli şirniyyat – şəkərbura, paxlava, şorqoğal hazırlayırlar”, - deyə vurğulanıb.

Məqaləni tam şəkildə aşağıdakı link vasitəsilə oxumaq mümkündür:

https://cawamedia.wordpress.com/2022/03/15/novruz/