...

Bişkekdə Novruz bayramına həsr olunmuş tədbir təşkil edilib

18.03.2022

Qırğızıstanın paytaxtı Bişkekdə xalqımıza və türk dünyasına məxsus olan Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.

“Azəri” İctimai Birliyinin və Azərbaycanın Qırğızıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan bayram tədbirində yerli ictimaiyyətin, Azərbaycan diasporunun və KİV-lərin nümayəndələri iştirak ediblər.

Tədbirdə ölkəmizin Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov, “Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyev, Qırğız Respublikasının Qazaxıstan və Tacikistanda səfiri olmuş Janış Rustenbekov və başqaları çıxış ediblər. Novruz bayramının bütün türk xalqlarının ortaq mirası, milli dəyəri olduğunu vurğulayan natiqlər Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla bütün xalqımızın Novruz bayramını təbrik ediblər. Qədim bayramın xüsusiyyətləri, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, Novruzun rəsmi bayram kimi xalqımıza qaytarılmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri, xaricdə yaşayan soydaşlarımızın milli adət-ənənələrimizi unutmadıqları, nəsildən-nəslə ötürdükləri nəzərə çatdırılıb.

Tədbir bayram konserti ilə davam etdirilib.