
Prezident İlham Əliyev diaspor təşkilatı rəhbərini “Dostluq” ordeni ilə təltif edib
Azərbaycan Prezidenti İlham Əliyev Vaqif Məmişovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanla Rusiya arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Vaqif İmamqulu oğlu Məmişov “Dostluq” ordeni ilə təltif edilib.
Qeyd edək ki, V.Məmişov “Konrad” Şirkətlər Qrupunun prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədridir. Bu il onun 60 illik yubileyidir.