...

Xocalı soyqırımı ilə bağlı Antalyada aksiya keçirilib

01.03.2022

Antalyanın mərkəzindəki Dostluq Parkında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar aksiya keçirilib.

Azerbaycan Xalqlar Dostluğu Dərnəyinin təşkilatçılığı ilə baş tutan aksiyada yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Dərnəyin sədri Lalə Həsənova, dərnək üzvü Bülent Aras çıxış edərək, 30 il öncə erməni silahlı birləşmələrinin Azərbaycan şəhəri olan Xocalıda dinc sakinlərə qarşı törətdiyi soyqırımı hiddətlə pisləyiblər. Xocalı soyqırımı həqiqətlərini nəzərə çatdıran natiqlər beynəlxalq təşkilatların indiyədək cinayətin baiskarlarının və icraçılarının məsuliyyətə cəlb edilməsi istiqamətində qətiyyətli addım atmadığını tənqid ediblər.

Aksiya iştirakçıları “Hamımız Xocalıyıq!”, “Xocalı – qan yaddaşımız!”, “Xocalını unutma!” şürlarını birlikdə səsləndiriblər.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.