...

Bartında anım tədbiri və sərgi təşkil edilib

01.03.2022

Türkiyənin Bartın şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri və sərgi keçirilib.

Azərbaycan Gənclik Təşkilatının və Bartın Ülkü Ocaqlarının birgə təşkilatçılığı ilə baş tutan anım tədbirində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının vasitəsilə Xocalıda dinc azərbaycanlıları kütləvi şəkildə qətlə yetirməsini beynəlxalq hüquq normalarıın kobudcasına pozulması və insanlığa qarşı cinayət kimi qiymətləndiriblər.

Tədbirdə Xocalı soyqırımı həqiqətlərindən bəhs edən sənədli film nümayiş etdirilib.

Şəhərin izdihamlı Hökumət prospektində təşkil edilən sərgidə Xocalı soyqırımının dəhşətlərini əks etdirən və erməni faşizmini ifşa edən fotolar nümayiş etdirilib.

Sərgi ilə maraqlananlar arasında Bartın Bələdiyyəsinin sədri Cemal Akın da olub.
Təşkilatçılar yerli sakinlərin Xocalı faciəsi barədə suallarını cavablandırıblar.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.