...

Romada “Xocalıya ədalət” adlı məlumatlandırma aksiyası təşkil edilib

28.02.2022

İtaliyanın paytaxtı Roma şəhərində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar “Xocalıya ədalət!” adlı aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-İtaliya Birliyinin təşəbbüsü ilə baş tutan aksiya zamanı üzərində Xocalı soyqırımına dair faktları əks etdirən xüsusi düzaynlı avtomobil şəhərin mərkəzi küçələrində hərəkət edib.

“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində keçirilən aksiya erməni cəlladlarının Xocalıda dinc azərbaycanlılara qarşı törətdikləri soyqırıma yerli sakinlərin diqqətini cəlb etmək məqsədilə təşkil olunub.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.