...

Odessada Xocalı soyqırımı ilə bağlı bilbordlar quraşdırılıb

26.02.2022

Ukraynanın Odessa şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.

“Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyevin təşkilatçılığı ilə baş tutan aksiya zamanı şəhərin mərkəzi küçələrində “Xocalıya ədalət!” şüarının, Xocalı soyqırımının rəmzi olan “Ana harayı” abidəsinin təsvirinin əks olunduğu bilbordlar yerləşdirilib. Ölkədə müharibənin getməsinə baxmayaraq, müvafiq orqanlar öncədən sifariş edilən bu aksiyanın gerçəkləşdirilməsi üçün üzərlərinə düşən vəzifəni yerinə yetiriblər.

Aksiya Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etmək, xalqımızın haqq səsinin yerli ictimaiyyətə çatdırılması və bu faciənin beynəlxalq aləmdə tanıdılması məqsədilə həyata keçirilib.