...

“Atletiko Madrid” – “Mançester Yunayted” matçında “Xocalıya ədalət!” posteri açılıb

25.02.2022

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Çexiyanın “Vanda Metropolitano” stadionunda “Xocalıya ədalət!” şüarının əks olunduğu poster nümayiş etdirilib.

Bu hadisə Çempionlar Liqasının “Atletiko Madrid” – “Mançester Yunayted” futbol klublarının qarşılaşması zamanı baş verib.

Çexiyada yaşayan gənc soydaşımız Fərid Əmrəliyev Xocalı soyqırımı həqiqətlərinə əcnəbi qonaqların diqqətini cəlb etmək məqsədilə stadionda “Xocalıya ədalət” şüarının əks olunduğu poster açıb. Stadion əməkdaşlarının posteri yığışdırmaqla bağlı israrlı təkidlərinə baxmayaraq, Fərid Əmrəliyev onun bir neçə dəqiqə ərazində nümayiş etdirilməsinə nail ola bilib.

Qeyd edək ki, Çex Respublikası parlament səviyyəsində Xocalı soyqırımını tanıyan ölkələrdən biridir.