...

“Remember” əsərinin videoklipi təqdim edilib

24.02.2022

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Remember” əsərinin klipi “Youtube” kanalında yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Londonda yaşayan bəstəkar, “EMC Production”nın rəhbəri Emin Məcnunbəylinin təşəbbüsü ilə ərsəyə gələn klip Xocalı qurbanlarının əziz xatirəsinə ithaf olunub. Əsərin musiqisi Emin Məcnunbəyliyə, sözləri Çexiyada yaşayan şairə Leyla Begimə məxsusdur.

Emin Məcnunbəylinin ifasında səslənən əsəri gutarada Erdem Gonenc müşayiət edib. Musiqi videosunun rejissoru Həbib Cəbrayılovdur.

Klipi aşağıdakı linkdən izləmək mümkündür:

https://youtu.be/f6ob_f3x0DI