...

Misirli tələbə Xocalı soyqırımı haqqında məqalə yazıb

23.02.2022

Ərəb mediasında misirli tələbə Əhməd Adel Məhəmmədin “Unutmadıq, unutmayacağıq. Xocalı soyqırımı qurbanlarının xatirəsi əbədi olaraq yaşayacaq” sərlövhəli məqaləsi yayımlanıb.

Misirin “Rayet Mısr”, Əlcəzairin “əl-Hərir”, Sudanın “Sinopanorama”, İraqın “əl-Mədeyin” və digər xəbər portallarında yerləşdirilən məqalədə 30 il əvvəl erməni quldurlarının törətdikləri vəhşiliklərdən bəhs edilib. Məqaləsinə uşaqlıq illərində Xocalıda atasını itirmiş Həmayıl Xəlilovanın yaşadığı dəhşətli hadisələrdən başlayan müəllif qeyd edib ki, gənc qızın xatirələrini göz yaşları ilə oxuyub. Yazıda Xocalı soyqırımı, bu dəhşətli cinayətləri törədən və sonradan Ermənistan hakimiyyətdə təmsil olunan şəxslər, erməni terror təşkilatları, Azərbaycanın işğal olunmuş ərazilərində dağıdılmış tarix-mədəniyyət abidələri və məscidlər haqqında geniş məlumat verilib. Xocalı soyqırımı ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının qərarları, Afrika və ərəb ölkələrindən Sudan və Cibutinin bu faciəni rəsmən tanıdıqları nəzərə çatdırılıb.

Tarixə ekskurs edən müəllif həm də ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, məskunlaşdıqları ərazilərə saxta iddialar irəli sürmələri, çar Rusiyası və sovet hakimiyyəti dövründə özgə torpaqlarını ələ keçirərək etnik təmizləmə və təcavüzkar siyasəti aparmaları, Sovet İttifaqının süqutu zamanı Azərbaycanın vaxtilə qədim ərazisində qurulmuş Ermənistandan 150 minə yaxın azərbaycanlının öz doğma yurdlarından didərgin salındığı barədə məlumat verib.

Məqalənin sonunda Şeyx Əbdül-Vahab əl-Naccarın “Qırmızı günlər” kitabında ermənilərin 1919-cu ildə misirlilərə xəyanəti ilə bağlı faktlar da diqqətə çatdırılıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:

https://alharir.info/

https://rayetmisr.com/

https://sinopanorama.net/2022/02/21/

https://almadaeennews.blogspot.com/2022/02/blog-post_12.html