...

Misirli tələbə “Şəhidlər” şeirini səsləndirib

22.01.2022

Azərbaycana və xalqımıza rəğbət bəsləyən xarici gənclər 20 Yanvar – Ümumxalq Hüzn Günündə müxtəlif addımlarla ölkəmizlə həmrəy olduqlarını nümayiş etdirirlər.

Belə gənclərdən biri Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdindəki Azərbaycan dili kurslarının müdavimi, Qahirə Universitetinin tələbəsi Fatima Şakirdir. Fatima xanım Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeirini səsləndirməklə ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinə ehtiramını nümayiş etdirib.

Qeyd edək ki, digər şairlərimizin də şeirlərini böyük həvəslə səsləndirən misirli tələbə vaxtaşırı Misir mətbuatında Azərbaycan həqiqətləri barədə məqalələrlə də çıxış edir.