...

Yunanıstan oxucularına Opera və Balet Teatrı haqqında məlumat verilib

18.01.2022

Yunanıstanın https://www.karfitsa.gr xəbər portalında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına həsr edilmiş məqalə yerləşdirilib.

“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun qələmə aldığı məqalədə Şərqin ən böyük sənaye və mədəniyyət mərkəzlərindən biri olan Bakının qədim mədəniyyətə, zəngin adət-ənənələrə, çoxlu muzeylərə və memarlıq abidələrinə malik şəhər olduğu qeyd edilib. Paytaxtın mərkəzində yerləşən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası isə unikal memarlığı ilə təkcə musiqisevərləri deyil, hər kəsi heyran edir.

Məqalədə bu möhtəşəm musiqi məbədinin tikintisi və 1910-cu ildən etibarən fəaliyyət göstərməsi barədə ətraflı məlumat verilib. “Azərbaycan milli operasının tarixi 1908-ci il yanvarın 12-də tamaşaya qoyulmuş Üzeyir Hacıbəylinin “Leyli və Məncun” operası ilə başlayır”, - deyə müəllif nəzərə çatdırıb.

https://www.karfitsa.gr/diethni/kratiko-akadimaiko-theatro-operas-kai-baletou-tou-bakou/