...

ABŞ-da konqresmenliyə namizəd soydaşımıza dəstək konserti keçiriləcək

13.01.2022

ABŞ Konqresinin Nümayəndələr Palatasına namizədliyini irəli sürmüş soydaşımız Ramin Məmmədovu dəstəkləmək məqsədilə 30 yanvar 2022-ci ildə konsert keçiriləcək.

Onlayn formatda baş tutacaq konsertdə Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, tanınmış pianoçu, Əməkdar artist Nərgiz Əliyarova, Amerika Muğam Cəmiyyətinin prezidenti Cefri Verbok, pianoçu-bəstəkarlar Ruslan Ağababayev və Əminə Fiqarova, Röya və Rizvan Əliyevlər dueti, müğənni Veronika Yakubova iştirak edəcəklər.

Qeyd edək ki, Ramin Məmmədov Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin və Miçiqan Dövlət Universitetinin məzunudur. 2001-ci ildən ABŞ-da yaşayır. Hazırda Demokratlar Partiyasının üzvüdür və öz namizədliyini Şimali Karolina ştatının 5-ci dairəsindən irəli sürüb.