...

“Amerikada təhsil almağın yolları” mövzusunda təlim keçirilib

29.12.2021

“Amerikada təhsil almağın yolları” mövzusunda virtual təlim keçirilib.

Yuta-Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Hüseynovanın və Şimali Amerika Gənclər Təşkilatının rəhbəri, hazırda Corc Vaşinqton Universitetində təhsil alan Aytac Qasımovanın təşkilatçılığı ilə baş tutan təlimdə Birləşmiş Ştatlarda təhsil, təqaüd proqramları, viza işləri, tələb olunan sənədlər və qəbul şərtlərinə dair ətraflı məlumat verib.

Azərbaycan, ABŞ, Xorvatiya, Kanada, İtaliya və digər ölkələrdən vebinara qatılan gənclərin suallarına aydınlıq gətirilib.

Qeyd edək ki, vebinarın keçirilməsində başlıca məqsəd ABŞ-daa təhsil almaq istəyən gəncləri maarifləndirmək və onları düzgün istiqamətə yönləndirmək olub.