...

Niderlandda Prezident İlham Əliyevin yubileyi münasibətilə poçt markası buraxılıb

25.12.2021

Niderlandın Amsterdam şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş poçt markası buraxılıb.

Amsterdam şəhərində yaşayan soydaşımız, diaspor fəalı Səltənət Rəvanqızı bildirib ki, bu təşəbbüs "Azərbaycanın inciləri" layihəsi çərçivəsində baş tutub. Bütün xalqımızı “Dəmir Yumruq” ətrafında sıx birləşdirən, dünyanın nüfuzlu siyasətçiləri arasında özünəməxsus yer tutan Azərbaycan liderinə həsr olunmuş markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap edilib.

İndiyədək bu layihə çərçivəsində ölkəmizin görkəmli dövlət, elm və mədəniyyət xadimlərinə həsr olunmuş poçt markaları buraxılıb.