...

Kamçatkada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

25.12.2021

Rusiyanın Kamçatka bölgəsində yaşayan Azərbaycan icması 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə bayram tədbiri keçirib.

Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər xalqımızı və dünya azərbaycanlılarını bu möhtəşəm bayram münasibətilə təbrik ediblər. Soydaşlarımızın tarixi vətənləri ilə qürur duyduqları, xalqımızın qazandığı hər bir uğura sevindikləri nəzərə çatdırılıb.

Tədbir Azərbaycandan gələn sənətkarların təqdim etdiyi konsert proqramı ilə davam edib. Muğam konsertində qüdrətli söz ustadı Nizami Gəncəvinin qəzəllərinə yazılmış əsərlər də səsləndirilib.