...

Florida ştatında Azərbaycan-Amerika Gənclər Təşkilatı fəaliyyətə başlayır

20.12.2021

ABŞ-ın Florida ştatındakı Nova Universitetinin tələbəsi Nabat Eminovanın təşəbbüsü ilə yaradılan Azərbaycan-Amerika Gənclər Təşkilatı rəsmi qeydiyyatdan keçib.

Nabat Eminova bildirib ki, Florida ştatının gənclərini bir araya gətirəcək yeni təşkilat Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının nəzdində yaradılıb. Məqsəd beynəlxalq aləmin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək, ştatın ictimai-siyasi və mədəni həyatında daha fəal şəkildə iştirak etməkdir.

Floridadakı gənclərimiz öz hədəflərinə müxtəlif tədbirlər (müsabiqə, sərgi, festival, dəyirmi masa, seminar, forum, elmi konfrans, təlim kursları, kütləvi məlumatlandırma kampaniyası, diskussiya klubları və sair) vasitəsilə çatmaq niyyətindədirlər. Bu tədbirlərin ştatın tanınmış siyasi-ictimai və mədəniyyət xadimlərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, yeni təşkilatın sədri Nabat Eminovadır.