...

Azərbaycan diasporu Odessa sakinlərinin bayramını təbrik edib

18.12.2021

Ukraynanın Odessa şəhərində fəaliyyət göstərən “Birlik” Odessa Azərbaycanlılarının Diasporu İctimai Təşkilatı yerli sakinlərin bayramını təbrik etməklə təbliğat aksiyası təşkil edib.
Təşkilat Odessa sakinləri və qonaqların Yeni il, eləcə də xristianların dini bayramı – İsa peyğəmbərin mövludu münasibətilə təbrik bilbordları hazırlayıb. Üzərində Xarı bülbül şəkli, bayram təbriki və “Birlik” təşkilatının adı yazılmış bilbordlar şəhərin bütün yaşayış massivlərini əhatə etməklə hərəkətin çox olduğu 15 məntəqədə yerləşdirilib.
Aksiya şəhər sakinlərinin ciddi marağına və diqqətinə səbəb olub.