...

Azərbaycan diasporu ABŞ-da keçirilən “Xoşbəxt Müqəddəs Günlər Paradı”nda iştirak edib

16.12.2021

Azərbaycan Dostluq Təşkilatı ABŞ-ın Şimali Karolina ştatının Holli Sprinqs şəhərində keçirilən paradda iştirak edib.
“Xoşbəxt Müqəddəs Günlər Paradı” hər il dekabrın ikinci şənbə günü Birləşmiş Ştatlarda qeyd edilir.
Kamyonlar, qruplar, rəqqaslar, bəzədilmiş müxtəlif nəqliyyat vasitələri, yürüş qrupları və hər cür əyləncəli girişlər “Holly Springs Road”dan başlayaraq şəhərin mərkəzində “Rogers Street”ə qədər davam edir.
Builki paradda Şimali Karolina ştatında fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatı təmsil olunub. Təşkilatın rəhbəri Adika İqbalın təşəbbüsü ilə paradda Azərbaycanın milli rəqsi nümayiş etdirilib. Azərbaycanın milli geyimləri və rəqsi qonaqların xüsusi marağına səbəb olub.