...

Saloniki şəhərində Nizami Gəncəviyə həsr olunmuş fotosərgi təşkil edilib

14.12.2021

Yunanıstanın Saloniki şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə tədbir keçirilib.

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin mərkəzi ofisində baş tutan tədbirdə yunan tarixçisi, alimi Sokrat Angelidisin Nizami irsi ilə bağlı yunan dilində təqdimatı və fotosərgi təşkil edilib. Sərgidə qüdrətli söz ustadının yaradıcılığına həsr olunmuş rəsm əsərləri və Nizami Gəncəvinin aforizmləri nümayiş olunub.

İki gün davam edən fotosərgi zamanı ziyarətçilərə Nizaminin aforizmlərindən ibarət 2022-ci il təqvim kitabçası hədiyyə edilib. Saloniki küçələrində keçirilən məlumatlandırma aksiyası zamanı isə yerli sakinlərə Nizami yaradıcılığından bəhs edən broşürlər paylanılıb.