...

Münhen şəhərində ümummilli lider Heydər Əliyev yad edilib

13.12.2021

Almaniyanın Münhen şəhərində görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbirdə diasporumuzun və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Anım tədbiri dahi şəxsiyyətin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərkəzin rəhbəri Səttar Kərimov və başqaları çıxış edərək, böyük öndərin həyat və fəaliyyətindən, ölkəmizin dövlət müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində, inkişafında və beynəlxalq nüfuzunun artırılmasında əvəzsiz və müstəsna xidmətlərindən danışıblar. Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımıza böyük həssaslıqla və diqqətlə yanaşdığı, onların Azərbaycanla sıx əlaqələrinin qurulması üçün mühüm addımlar atdığı barədə məlumat verilib. Yaşlı nəslin nümayəndələri Heydər Əliyevlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbir ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayiş etdirilməsi ilə başa çatıb.