...

Yunanıstan mediasında umummilli lider Heydər Əliyevin anım günündən bəhs edilib

13.12.2021

Yunanıstanın https://www.karfitsa.gr xəbər saytında görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyevin vəfatından 18 il ötür” sərlövhəli məqalə yerləşdirilib.

“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun təşəbbüsü ilə qələmə alınan məqalədə dahi şəxsiyyətin həyat və fəaliyyəti, ölkəmizin milli maraqları və taleyüklü məsələlərində qətiyyətli və prinsipial mövqe tutduğu, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və inkişafında misilsiz xidmətlər göstərdiyi barədə ətraflı məlumat verilib.

Məqaləni ətraflı şəkilə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.karfitsa.gr/diethni/qala-18-chronia-apo-ton-thanato-tou-cheintar-aligiev/